𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.9/day last 39 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planı çərçivəsində Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı qırğızıstanlı nümayəndələr Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general-mayor Ələkbər Cahangirovla görüşüblər. Görüşdə qonaqlara Azərbaycan XTQ-nin fəaliyyəti barədə brifinq təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb. Nümayəndə heyətinin rəhbəri göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin əhəmiyyətini vurğulayıb. Tərəflər Azərbaycan və Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Görüşdən sonra qonaqlara Azərbaycan XTQ-nin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası nümayiş etdirilib. Səfərin sonunda Qırğızıstan nümayəndə heyəti Azərbaycan xüsusi təyinatlılarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib. #Qırğızıstan #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

Views over time

01K2K3K14 Oct 18:3213 Nov 15:492.9K14 Oct 18:32: 0 views13 Nov 15:49: 2,890 views
Snapshots we took after posting.
WhenViews
14 Oct 2026, 18:320
13 Nov 2026, 15:492.9K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.