𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.8/day last 2 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Sionizmin Kölgəsində

🔯 Sionist rejim Prezidenti İshaq Hersoq Azərbaycana səfəri ilə bağlı paylaşım edib Sionist rejim Prezidenti İshaq Hersoq X sosial şəbəkə hesabında Azərbaycana gəldiyini açıqlayıb. “İndicə regionumuzda sionist rejimin mühüm tərəfdaşı olan Azərbaycana gəlib çatdım. Dostum, Prezident İlham Əliyevlə görüşməyi və Bakıda Asiyanın müxtəlif ölkələrinin liderləri ilə birlikdə AQEM-in Zirvə toplantısında iştirak etməyi səbirsizliklə gözləyirəm”, – deyə Hersoq paylaşımında bildirib. Qeyd eləmək lazımdır ki, sionist rejim Prezidenti İshaq Hersoq Azərbaycana niyə Azərbaycan təyyarəsi ilə gəlib? Diqqətçəkən məqam budur ki, sionist rejim Prezidenti İshaq Hersoq Bakıya səfəri zamanı sionist rejimə deyil, Azərbaycana məxsus təyyarədən istifadə edib. Bu isə bir sıra suallar doğurur: Hersoq niyə sionist rejim təyyarəsi ilə uçmayıb? Azərbaycan təyyarəsindən istifadə olunması təhlükəsizlik və uçuş marşrutu ilə bağlı olubmu? Ehtimallardan biri Türkiyənin sionist rejim prezidentini daşıyan təyyarənin öz hava məkanından keçməsinə icazə verməməsi ilə bağlıdır. Xatırladaq ki, əvvəlki illərdə də Türkiyənin sionist rejim prezidentinin təyyarəsinə hava məkanından istifadə icazəsi verməməsi barədə məlumatlar yayılmışdı. Belə bir şəraitdə Azərbaycan təyyarəsindən istifadə olunması xüsusi diqqət çəkir. Əsas sual budur: Azərbaycan sionist rejim prezidentinin səfərini təmin etmək üçün öz təyyarəsini hansı səbəbdən ayırıb? Hələlik təyyarənin seçilməsinin və uçuş marşrutunun rəsmi səbəbləri məlum deyil. Lakin ehtimal olunur ki, Azərbaycan təyyarəsindən istifadə Türkiyənin mümkün hava məkanı məhdudiyyətlərini aşmaq və sionist rejim prezidentinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb. Sual olunur: Sionist rejimin prezidentini qorumaq, onun təhlükəsizliyini təmin etmək və qarşısındakı maneələri aradan qaldırmaq Azərbaycana qalıb?! Qeyd: Təyyarənin üzərindəki tünd mavi rəng, “Azərbaycan” sözünün baş hərfi olan “A”nın açıq mavi rəngdə yazılması, eləcə də gövdəsinin aşağı hissəsi boyunca uzanan açıq mavi zolaq onun Azərbaycana məxsus təyyarə olduğunu göstərən əlamətlərdir. ✡️ Abunə olun

Views over time

01K2K3K14 Oct 14:3513 Nov 15:492.7K14 Oct 14:35: 0 views13 Nov 15:49: 2,660 views
Snapshots we took after posting.
WhenViews
14 Oct 2026, 14:350
13 Nov 2026, 15:492.7K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.