⚡️İranın Bakıdakı səfirliyi Azərbaycan təşkilatının İrana qarşı bəyanatına reaksiya verib İran İslam Respublikasının Bakıdakı səfirliyi bu gün, 14 oktyabr, çərşənbə günü Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun irəli sürdüyü iddia və ittihamları əsassız hesab edərək rədd edib. Səfirlik bildirib ki, sözügedən qurum Azərbaycanda məktəblərdə hicabla bağlı yaranmış vəziyyəti İranla əlaqələndirmək üçün uğursuz cəhd göstərib. Diplomatik nümayəndəlik Azərbaycanın daxili gündəmində olan məsələlərə xarici ölkələri cəlb etmək istiqamətində atılan addımlardan təəccübünü ifadə edib. Səfirlik, həmçinin İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərində lazımsız gərginlik yaratmaqdan çəkinməyin vacibliyini vurğulayıb. #İran #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA