⚡️Məktəb siyasi çağırışların deyil, təhsilin məkanıdır. Təhsil ocağı uşaqlara bilik verməli, onların sərbəst düşüncə və şəxsiyyət kimi formalaşmasına şərait yaratmalıdır. Heç bir uşaq siyasi və ya ideoloji təzyiq altında böyüməməlidir. Qeyd: Məktəb təhsilin məkanıdırsa, hicablı uşaqlar niyə bu məkandan kənarlaşdırılmalıdır? Azərbaycan mediası yazır: “Məktəb siyasi çağırışların deyil, təhsilin məkanıdır. Heç bir uşaq siyasi və ya ideoloji təzyiq altında böyüməməlidir”. Çox gözəl! Elə isə bu prinsipi hamıya eyni şəkildə tətbiq edin! Hicab nə vaxtdan siyasi çağırış oldu? Bir məktəbli qızın dini etiqadına uyğun geyinməsi hansı siyasi fəaliyyət hesab edilir? Hicablı müəllimənin dərs keçməsi təhsilin hansı prinsipinə ziddir? Əgər məktəb həqiqətən təhsilin məkanıdırsa, onun qapıları dini inancından asılı olmayaraq bütün uşaqlara açıq olmalıdır. Uşaqları ideoloji təzyiqdən qorumaq adı altında onların dini kimliyini hədəfə almaq özü də ideoloji müdaxilə kimi qiymətləndirilə bilər. Dünyəvilik dinsizlik demək deyil! Dünyəvi dövlətin vəzifəsi insanları dini inanclarından uzaqlaşdırmaq yox, müxtəlif inanclara malik vətəndaşların hüquqlarını bərabər qorumaqdır. Azərbaycan mediası təhsilin əhəmiyyətindən danışırsa, hicablı şagirdlərin məktəbə buraxılmadığı barədə yayılan məlumatlara da münasibət bildirməlidir. Bu uşaqların təhsil hüququ niyə ikinci plana keçirilməlidir? Məktəbi siyasi mübarizə meydanına çevirməmək istəyirsinizsə, ilk növbədə uşaqların geyimini siyasi sədaqət meyarına çevirməyin! Məktəb nə dini inancı zorla qəbul etdirməyin, nə də dini inanca görə ayrı-seçkilik etməyin məkanıdır. Məktəb bütün uşaqların təhsil aldığı yerdir. Əsl prinsipiallıq hicab əleyhinə şüarlar səsləndirmək deyil, hicablı və hicabsız bütün şagirdlərin hüquqlarını eyni qətiyyətlə müdafiə etməkdir. #Hicaba_azadlıq #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA