☄️ Hörmüz boğazının cənubunda 2 500 konteyner daşıyan gəmi batıb. 🔹 İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Hörmüz boğazından icazəsiz və təhlükəli marşrutla keçməyə çalışan konteyner gəmisi dəniz minasına çırpılıb. Nəticədə gəmidə partlayış baş verib və güclü yanğın başlayıb. 🔹 2 500-dən çox konteyner daşıyan gəmi bu gün səhər saatlarında yanğının şiddəti nəticəsində Hörmüz boğazının cənub sularında batıb. SEPAH-ın Hərbi Dəniz Qüvvələri yerli gəmiləri və balıqçıları ehtiyatlı olmağa, suda üzən konteynerlərlə toqquşmamaq üçün bu marşrutda hərəkət edərkən maksimum təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo