𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.3%2.6K avg views
Posting 79.8/day last 33 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️"Izvesni" pozğun Röya Ayxanın hicab məsələsinə münasibəti: Əxlaq dərsi verməzdən əvvəl öz davranışlarına nəzər salmaq lazımdır! Azərbaycanda hicablı şagirdlərin və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı etirazların davam etdiyi bir vaxtda müğənni Röya Ayxan da məktəbli forması ilə bağlı qərarları müdafiə edən paylaşım edib. Müğənni valideynləri övladlarını düzgün istiqamətləndirməyə çağırıb, dövlətin qərarlarının gələcəkdə müsbət nəticələr verəcəyini bildirib və insanları dövlətin mövqeyini dəstəkləməyə səsləyib. Ancaq burada ciddi bir sual yaranır: Röya Ayxan hansı mənəvi nüfuzla başqalarına düzgün həyat tərzi, tərbiyə və əxlaq dərsi verməyə çalışır? Vaxtilə ictimaiyyət qarşısında nümayiş etdirdiyi qalmaqallı davranışları və nalayiq ifadələri ilə müzakirələrə səbəb olmuş bir sənətçinin bu gün dini inanclarına uyğun geyinmək istəyən insanlara dolayısı ilə tərbiyə dərsi verməsi ciddi ziddiyyət yaradır. Əlbəttə, hər kəsin keçmiş davranışlarını dəyişmək və öz fikirlərini ifadə etmək hüququ var. Lakin başqalarına nəsihət vermək istəyən şəxs ilk növbədə öz mövqeyindəki ziddiyyətlərə cavab verməlidir. Hicab taxan məktəbli qızın təhsil almaq istəyi hansı mənəvi dəyərə ziddir? Öz dini etiqadına sadiq qalan müəllimənin şagirdlərinə dərs keçməsi cəmiyyətə hansı təhlükəni yaradır? Röya Ayxan yazır ki, övladlarımızın gələcəyini düşünməliyik. Bəs hicabına görə məktəbin qapısından geri qaytarıldığı bildirilən qızların gələcəyi necə olacaq? Onların göz yaşları, təhsil hüquqları və mənəvi sarsıntıları niyə diqqətdən kənarda qalmalıdır? Dövləti sevmək onun hər qərarını qeyd-şərtsiz müdafiə etmək demək deyil. Əksinə, vətəndaşların konstitusion hüquqlarını qorumaq, uşaqların təhsildən kənarda qalmamasını tələb etmək də Vətənə bağlılığın ifadəsidir. Müğənninin paylaşımında dövlətin mövqeyini müdafiə etməyənlərə qarşı işlədilən ifadələr isə başqa bir sual doğurur: Nə vaxtdan məktəbli qızın təhsil hüququnu müdafiə etmək dövlətə qarşı çıxmaq hesab olunur? Cəmiyyətdə tanınmış şəxslərin hakimiyyətin qərarlarını dəstəkləməsi onların şəxsi seçimidir. Lakin belə həssas məsələdə məşhurların nüfuzundan istifadə edilərək etirazçı valideynlərin və dini inanclarına sadiq insanların haqsız göstərilməsi qəbuledilməzdir. Röya Ayxan bilməlidir ki, səhnədə populyar olmaq heç kimə başqalarının vicdan azadlığı üzərində mənəvi hakimiyyət vermir. Hicablı qızların təhsil hüququ müğənnilərin alqışları və ya hakimiyyətə sədaqət bəyanatları ilə müəyyən edilə bilməz. Bu hüquq Konstitusiya ilə qorunur və hər bir uşaq üçün bərabər təmin edilməlidir. #Hicaba_azadlıq #PozğunRöya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K14 Oct 09:2813 Nov 15:492.7K14 Oct 09:28: 0 views13 Nov 15:49: 2,680 views
Snapshots we took after posting.
WhenViews
14 Oct 2026, 09:280
13 Nov 2026, 15:492.7K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.