❗️❗️❗️ 156 nömrəli məktəbdə hicablı şagirdlərə qarşı münasibətlə bağlı şikayət: uşaqların incidildiyi bildirilir İzləyicilərimizdən birinin verdiyi məlumata görə, 156 nömrəli məktəbdə hicablı qızların məktəbə daxil olmasına icazə verilmir. Şikayətçi bildirir ki, hicablı şagirdlər məktəbin qapısından geri qaytarılır, müəllimlər tərəfindən onlara qayıb yazılır və bəzi uşaqlar ağlayaraq məktəbi tərk etmək məcburiyyətində qalırlar. İzləyicimizin iddiasına görə, oktyabrın 13-də səhər saatlarında məktəbə daxil olmağa çalışan hicablı bir qız qapının arasında sıxışdırılıb. O, məktəbin qapısında olan əməkdaşların qızın əlini və ayağını çimdiklədiyini, daha sonra onu itələyərək çölə çıxardıqlarını bildirir. Həmçinin, həmin vaxt bir oğlan şagirdin barmaqlarının da qapının arasında qaldığı iddia olunur. Şikayətçi uşaqların itələndiyini, incidildiyini və ağladıldığını qeyd edərək hicablı şagirdlərlə bu cür rəftar edilməsinə etirazını bildirib. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.7K
+0 24h
Reach per post (ERR)
10.3%2.6K avg views
Posting
79.8/day
last 31 minutes ago
Reactions per 1K views
62.3
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 14 Oct 2026, 07:54 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.8K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.