☄️ Hökməli məktəbində hicablı şagirdlərlə bağlı etiraz davam edir: İzləyicimizdən müraciət İzləyicilərimizdən biri Hökməli məktəbində hicablı şagirdlərlə bağlı vəziyyətin hələ də dəyişmədiyini bildirib. Onun sözlərinə görə, bu gün yenidən məktəbin qarşısına gediblər. Lakin təəssüf ki, etirazlarına dəstək verən insanların sayı çox az olub. İzləyicimiz dünən iştirak edən insanların əksəriyyətinin bu gün gəlmədiyini, bəzilərinin isə qorxduqlarını söylədiklərini qeyd edib. Biz xanimlar ve yoldaşlarimiz sakit halda gozlediyimiz halda polis deyir siz mitinq edirsiz, etiraz edirsiz Müraciətdə bildirilir ki, hicablı şagirdlərin məktəbə buraxılmaması problemi hələ də həllini tapmayıb. İzləyicimiz polis əməkdaşlarının da etiraz edənlərə xəbərdarlıq etdiyini bildirir. Onun sözlərinə görə, polis etirazçıların yenidən toplaşacağı təqdirdə onların aparılacağını və tədbir görüləcəyini deyib. İzləyicimiz insanlara müraciət edərək hicablı şagirdlərə dəstək göstərməyə və onların səsinə səs verməyə çağırıb. O, dəstəyin getdikcə azaldığından narahatlığını ifadə edib. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo