❗️❗️❗️ Şəmkirdə hicablı şagirdin dərsə buraxılmadığı, hadisəyə müdaxilə edən valideynin isə 30 sutka həbs edildiyi bildirilir İzləyicimizin verdiyi məlumata görə, Şəmkir rayonunun Yuxarı Seyfəli Xanallar kənd tam orta məktəbinin direktoru Dağbəyi Həsənov digər məktəblərdə olduğu kimi, hicablı qız şagirdləri dərsə buraxmır. Məlumatda bildirilir ki, direktor uşaqları məktəbdən çıxararkən hadisəni videoya çəkən hicablı xanıma hücum edib, onun telefonunu əlindən alıb və özünü itələyib. Həmin vaxt hicablı qızını məktəbə gətirən kənd sakini Əliağa Mövsümov direktorun bu hərəkətlərinə müdaxilə edib. Tərəflər arasında gərginlik yaşanıb. Məlumata əsasən, direktor Əliağa Mövsümov barəsində 102 xidmətinə müraciət edib. Hazırda Əliağa Mövsümovun 30 sutka müddətinə inzibati qaydada həbs edildiyi bildirilir. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo