𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.3%2.6K avg views
Posting 79.9/day last 28 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
edited

❗️❗️❗️ Ceyranbatan qəsəbəsindəki 1 nömrəli məktəbdə hicablı şagirdlərə təzyiq göstərildiyi bildirilir İzləyicimizin verdiyi məlumata görə, dünən Ceyranbatan qəsəbəsində yerləşən 1 nömrəli məktəbdə keçirilən etirazlar zamanı üç nəfər məktəbin daxilinə, guya söhbət aparmaq məqsədilə dəvət edilib. Onlardan birinin adının Ramazan olduğu və sünni qardaşlarımızdan biri olduğu bildirilir. Onun məktəb direktoru ilə söhbət apardığı, digər iki nəfərin isə başqa otağa aparıldığı qeyd olunur. Onlardan birinin adının Nicat olduğu və məsciddə mütəmadi olaraq xidmət edən şəxslərdən biri olduğu bildirilir. Məlumat verən şəxs qeyd edir ki, onlar həmin şəxslərin məktəbdən nə vaxt çıxacağını gözləsələr də, sonradan hər iki şəxsin məktəbin arxa qapısından aparıldığını və artıq məktəbdə olmadıqlarını öyrəniblər. İzləyicimizin verdiyi məlumata əsasən, məktəbdə şagirdlər sinif otaqlarından çıxarılaraq ayrı-ayrı otaqlara aparılır, hicablı qızlardan hicablarını çıxarmaları tələb olunur. Bildirilir ki, həmin otaqlardan birində kamera da var və məktəb psixoloqu hicablı şagirdlərə hicablarını çıxarmaları üçün təzyiq göstərir. Şəkil Nicat adlı şəxsə məxsusdur Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K3K13 Oct 12:2613 Nov 15:493K13 Oct 12:26: 0 views13 Nov 15:49: 3,010 views
Snapshots we took after posting.
WhenViews
13 Oct 2026, 12:260
13 Nov 2026, 15:493K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.