𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.3%2.5K avg views
Posting 79.8/day last 29 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazasında təşkil olunan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edən general-mayor Zaur Rüstəmov təlimin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb. Bildirilib ki, müştərək taktiki-uçuş təlimi ölkələrimiz arasında imzalanmış "Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclasının Protokolu"na əsasən təşkil olunub. Tədbirin proqramına uyğun olaraq iştirakçılara təlimin ssenarisi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Sonra HHQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Qarşılıqlı hədiyyə mübadiləsi aparıldıqdan və xatirə fotosu çəkdirildikdən sonra aviasiya vasitələrinə baxış keçirilib. #BƏƏ #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K13 Oct 05:1713 Nov 15:492.6K13 Oct 05:17: 0 views13 Nov 15:49: 2,590 views
Snapshots we took after posting.
WhenViews
13 Oct 2026, 05:170
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.