𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.3%2.5K avg views
Posting 79.7/day last 25 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍

“Hicaba Azadlıq!” Hərəkatı: Fitnələr və qarşıdurmalar “Hicaba Azadlıq!” şüarı ilə başlayan xalq hərəkatı öz təbii axarı ilə, məntiqi şəkildə irəliləyir. Əslində, bu hərəkatın önündə gedənlər yeniyetmələr, şagirdlər, zindanda olan mömin kişi və qadınlar, eləcə də bütün halalzadə insanlardır. Bu hərəkat xalqın qeyrətindən qaynaqlanır. Allahın dininin simvolu və qeyrət rəmzi olan hicabı müdafiə etmək insanın kəramətini və dini dəyərləri müdafiə etmək deməkdir. Bu hərəkatda ilahi bir vəhdət təcəlli edir. Şiə və sünni, hicablı və hicabsız, şagird və müəllim — bir sözlə, vicdanın nə olduğunu bilən bütün insanlar bir araya gələrək öz vəzifələrini yerinə yetirirlər. Heç bir halda gündəmin dəyişdirilməsinə və düşmənin bizi sürükləmək istədiyi tələyə düşməyə imkan verilməməlidir. Təhsil almaq da, hicab taxmaq da Allahın vacib əmridir. Bu ilahi əmrlərin yerinə yetirilməsinə mane olan hər bir qanun şeytani bir əmrdir. Düşmən müxtəlif fitnələr vasitəsilə bu hərəkatı dayandırmağa və ya öz məqsədləri istiqamətində yönləndirməyə çalışacaq. Buna görə də ayıq-sayıq olmaq, fitnələrə uymamaq və yersiz qarşıdurmalara yol verməmək lazımdır. Xüsusilə etiraz formaları məsələsində dinin, ağlın və ilahi məntiqin icazə verdiyi çərçivədə hər kəsin istedadına, bacarığına və təşəbbüsünə hörmətlə yanaşılmalıdır. Heç bir etiraz forması kiçik və əhəmiyyətsiz sayılmamalı, kimisə qorxaq və ya şücaətsiz adlandıraraq ruhdan salmağa və bu hərəkatdan uzaqlaşdırmağa yol verilməməlidir. Müsəlman xalq bilməlidir ki, hicab məsələsi əslində bir səngərdir. Əsl hədəf isə bizim qeyrətimiz və islami kimliyimizdir. Şeytan bu səngəri fəth edərsə, qalan səngərlər də bir-birinin ardınca əldən gedəcək. Mən belə düşünürəm ki, əgər 30 il əvvəl, pasportlarda və digər rəsmi sənədlərdə hicaba qadağa qoyulduğu zaman da bugünkü kimi vüsətli bir ümumxalq hərəkatı formalaşsaydı, indi düşmənin hicaba və İmam Hüseynin bayrağına qarşı bu cür addımlar atmasının şahidi olmazdıq. Bu gün sosial şəbəkələrin mövcudluğu və onlardan düzgün istifadə etmək ilahi bir nemətdir. Gəlin, bu müqəddəs hərəkatda ayıq-sayıq olaq! Din adı altında bu hərəkatı gözdən salmağa çalışan, onun əhatə dairəsini müəyyən bir kəsimlə məhdudlaşdıran, hicablılarla hicabsızlar arasında qarşıdurma yaratmağa çalışan fitnələrdən uzaq duraq. Allah Öz yenilməz qüdrəti ilə müsəlman Azərbaycan xalqının yanındadır və Allahın cəbhəsi mütləq qalib gələcək! Şeyx Tohid ibrahimbəyli https://t.me/seyx_tohid_ibrahimbeyli

Views over time

01K2K3K4K12 Oct 14:1713 Nov 15:493.3K12 Oct 14:17: 0 views13 Nov 15:49: 3,290 views
Snapshots we took after posting.
WhenViews
12 Oct 2026, 14:170
13 Nov 2026, 15:493.3K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.