𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.3%2.5K avg views
Posting 79.9/day last 24 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️"Dövlətin həmrəyliyini hədəfə alanlara sözümüz qətidir. BƏSDİRİN!" Özləri xaricdə təhlükəsiz və rahat şəraitdə yaşayıb, Azərbaycanın daxilində qarşıdurma yaratmağa, gəncləri, hətta azyaşlı məktəbliləri qanunsuz hərəkətlərə təhrik etməyə çalışanlar bilməlidirlər ki, dövlətin təhlükəsizliyi və cəmiyyətin sabitliyi heç kimin siyasi ambisiyalarının alətinə çevrilə bilməz! Dünyanın müxtəlif bölgələrində müharibələrin, siyasi böhranların və qanlı qarşıdurmaların davam etdiyi bir dövrdə Azərbaycanın qoruyub saxladığı sabitlik təsadüfi deyil. Bu sabitliyin arxasında güclü dövlətçilik iradəsi, milli birlik və illərlə aparılan ardıcıl siyasət dayanır. Onu pozmağa yönələn istənilən cəhd ciddi siyasi və hüquqi məsuliyyət məsələsidir. Avropanın rahat kabinetlərindən Azərbaycan cəmiyyətinə çağırışlar ünvanlayanlara sualım sadədir: Niyə özünüzü və övladlarınızı deyil, başqalarının övladlarını siyasi qarşıdurmaların önünə çıxarmağa çalışırsınız? Niyə məktəblilərin təhsil hüququnu və gələcəyini siyasi mübarizənin predmetinə çevirmək istəyirsiniz? Uşaqların ideoloji qarşıdurmalara cəlb edilməsi nə demokratiyadır, nə azadlıq mübarizəsi, nə də vətəndaş mövqeyi! Bu, siyasi məsuliyyətsizlikdir və cəmiyyətin həssas təbəqələrindən sui-istifadə cəhdidir. Azərbaycan müstəqil, hüquqi və dünyəvi dövlətdir! Bu dövlətin qanunları, konstitusion prinsipləri və milli maraqları var. Məktəb siyasi və dini qarşıdurmaların meydanı deyil, elm, təhsil və tərbiyə ocağıdır. Vahid məktəbli geyimi ilə bağlı qaydalar da qanunvericilik çərçivəsində müzakirə və tətbiq edilməlidir. Heç bir xarici siyasi mərkəz, heç bir ideoloji qrup Azərbaycan xalqının iradəsini öz maraqlarına tabe etdirə bilməz. Fikir ayrılığı qanuni müstəvidə ifadə oluna bilər, lakin azyaşlıları qanunsuz fəaliyyətə sövq etmək heç bir siyasi məqsədlə əsaslandırıla bilməz. Azərbaycanın sabitliyi siyasi eksperiment meydanı deyil! Dövlətçilik maraqları şəxsi ambisiyalardan, xarici təsirlərdən və ideoloji hesablaşmalardan üstündür. Unutmayın!! Azərbaycan dövlətinin gələcəyi xaricdən verilən çağırışlarla deyil, xalqımızın iradəsi, qanunun aliliyi və milli maraqlarımız əsasında müəyyən olunur. Övladlarımızın yeri siyasi təxribatların önündə deyil, məktəb partası arxasındadır! Dövlətin gələcəyi gənclərin manipulyasiya edilməsində deyil, onların savadlı, azad düşüncəli və məsuliyyətli vətəndaş kimi yetişməsindədir! Bu sözləri təhsil işçilərinin həmrəyliyi alyansının sədri Əmrah Həsənli sosial hesabında paylaşıb. Qeyd: Əmrah Həsənli, dövlətin sabitliyini qorumaq adı altında vətəndaşların konstitusion hüquqlarını görməzdən gəlmək olmaz! Hicablı şagirdlərin təhsil hüququnu müdafiə etmək qarşıdurma yaratmaq deyil, ayrı-seçkiliyə qarşı çıxmaqdır! Uşaqların gələcəyini düşünürsünüzsə, onların geyiminə görə məktəbdən kənarlaşdırılmasına deyil, təhsildən məhrum edilməməsinə çalışın! Xaricdə yaşayan insanları ittiham etmək hicabla bağlı qaldırılan hüquqi suallara cavab vermir! Dünyəvi dövlət dinə qarşı dövlət deyil, hər kəsin vicdan və etiqad azadlığını qorumağa borclu olan dövlətdir! Məktəbi siyasi mübarizə meydanına çevirməkdən danışırsınız, amma şagirdin baş örtüyünü siyasi təhlükə kimi təqdim edən elə özünüzsünüz! Vahid məktəbli geyimi qaydaları müzakirə edilərkən uşağın təhsil hüququ və ailəsinin dini etiqadı da nəzərə alınmalıdır! Dövlətin gücü vətəndaşın susdurulmasında deyil, onun hüquqlarının qorunmasında görünür! Əmrah Həsənli, “BƏSDİRİN!” çağırışını hüquqlarını müdafiə edən insanlara deyil, onları əsassız ittiham edənlərə ünvanlamaq daha doğru olardı! #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K12 Oct 09:5513 Nov 15:492.9K12 Oct 09:55: 0 views13 Nov 15:49: 2,910 views
Snapshots we took after posting.
WhenViews
12 Oct 2026, 09:550
13 Nov 2026, 15:492.9K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.