𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.3%2.5K avg views
Posting 79.9/day last 24 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
edited

❗️❗️❗️ İzləyicilərimizdən: Hazırkı həssas vəziyyətdə hər kəsin təmkinli və ehtiyatlı davranması vacibdir. İctimai etirazlar zamanı təxribat cəhdlərinin baş verməsi və yaranmış vəziyyətdən dindarların əleyhinə təbliğat məqsədilə istifadə olunması ehtimalı nəzərə alınmalıdır. Hazırda vətəndaşlar hicabla bağlı qadağalara etiraz edir, dini azadlıq və təhsil hüquqlarına hörmət edilməsini tələb edirlər. Bu etirazların mahiyyətinin təhrif edilməməsi üçün onların dinc çərçivədə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Buna görə də etirazlar zamanı məktəb binalarına, küçə və prospektlərə, eləcə də digər ictimai əmlaka zərər vurulmasına yol verilməməlidir. İştirakçılar qəsdən qarşıdurma yaratmağa çalışan şəxslərdən uzaq durmalı, emosiyalara qapılmadan hərəkət etməlidirlər. Hakimiyyətin təxribatlardan istifadə edərək etirazların mahiyyətini dəyişdirməyə və məsuliyyəti xarici qüvvələrin üzərinə atmağa çalışması ehtimalına qarşı xüsusilə diqqətli olmaq lazımdır. Haqlı tələblərin kölgədə qalmaması üçün təmkinli davranmaq, təxribatlara uymamaq və dinc etiraz mövqeyini qorumaq hər kəsin məsuliyyətidir. Haqlı olduğunuz halda haqsız vəziyyətə düşməyin. Adminlə əlaqə @Ar_Rad_Admin #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K3K12 Oct 09:2213 Nov 15:493.1K12 Oct 09:22: 0 views13 Nov 15:49: 3,060 views
Snapshots we took after posting.
WhenViews
12 Oct 2026, 09:220
13 Nov 2026, 15:493.1K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.