⚡️“Məktəbin işi uşaqları xurafatdan uzaq tutmaqdır.” Məktəbin vəzifəsi uşaqlara elm öyrətmək, onların bilik və düşüncə qabiliyyətini inkişaf etdirməkdir. Lakin dini inancı avtomatik olaraq xurafatla eyniləşdirmək elmi yanaşma deyil. Xurafat sübutsuz iddialara kor-koranə inanmaqdır. Dini etiqad isə insanın vicdan və dünyagörüşü azadlığı ilə bağlıdır. Bu anlayışları bir-birinə qarışdırmaq düzgün deyil. Hicab taxan şagird də riyaziyyat, fizika, biologiya və digər elmləri öyrənə, tənqidi düşünə və cəmiyyətə faydalı insan kimi yetişə bilər. Məktəb uşağı dini mənsubiyyətinə görə damğalamamalı, ona keyfiyyətli təhsil verməlidir. Əsl maarifçilik dini inancı olan uşağı məktəbdən uzaqlaşdırmaq deyil, onun da bütün uşaqlarla bərabər təhsil almasını təmin etməkdir. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA