⚡️Dosent: “Məktəbli forması məsələsinə dini don geyindirilməsi yolverilməzdir” Fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov APA-ya açıqlamasında bildirib ki, məktəbli forması ətrafında müzakirələr cəmiyyətdə gərginlik yaradıb. “Bəzi qüvvələr insanların dini inanclarından istifadə edərək onları xurafata, dövlətə və dünyəvi dövlətçiliyə qarşı yönəltməyə çalışırlar”. “Dövlət nəyin xurafat, nəyin inkişaf olduğunu gözəl bilir. Biz yenidən xaos dövrünə qayıda bilmərik”. Dosent vurğulayıb ki, hər etirazçını xarici qüvvələrlə əlaqələndirmək düzgün deyil. Problemin həlli üçün maarifləndirmə gücləndirilməlidir. Qeyd: Hicab məsələsini xurafat kimi təqdim etmək və insanların dini inanclarını dövlətçiliyə qarşı təhlükə saymaq yolverilməzdir. Hicablı şagird və müəllimlərin hüquqlarını müdafiə etmək dünyəvi dövlətə qarşı çıxmaq deyil, vicdan və din azadlığına hörmət tələb etməkdir. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA