☄️ Yəmən: Səudiyyə Ərəbistanına qarşı hərbi cavabın əsasını qarşılıqlı cavab prinsipi təşkil edir 🔹 Yəmən Xarici İşlər Nazirliyi bildirib ki, hazırkı mərhələdə Səudiyyə Ərəbistanına qarşı hərbi cavabın xarakterini qarşılıqlı cavab prinsipi müəyyən edir. Nazirlik vurğulayıb ki, Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarını və müdaxiləsini davam etdirməsi bu ölkə üçün strateji nəticələrə səbəb olacaq. 🔹 “Əl-Məsirə” telekanalının məlumatına görə, nazirlik əlavə edib ki, onlarla insanın həlak olması, yüzlərlə insanın yaralanması və infrastrukturun dağıdılması Yəmən Silahlı Qüvvələrinin cavab verməsini zəruri edir. 🔹 Yəmən Xarici İşlər Nazirliyi vurğulayıb ki, Səudiyyə Ərəbistanı rejimi son 12 il ərzində blokadanın aradan qaldırılması və Səna hava limanına hücumların dayandırılması ilə bağlı çağırışları nəzərə almayıb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo