𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.3%2.5K avg views
Posting 79.4/day last 22 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Avropa Parlamenti: “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq sazişi erməni məhbuslar da daxil olmaqla, siyasi məhbusların azad edilməsi şərtinə bağlanmalıdır” Avropa Parlamenti Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarını ləğv etməyə və dinc şəkildə tənqidi fikirlər səsləndirən şəxslərin təqibinə son qoymağa çağırıb. Parlament həmçinin Avropa İttifaqının insan hüquqları ilə bağlı sanksiya mexanizmi çərçivəsində konkret şəxslərə və qurumlara yönəlmiş məqsədli tədbirlərin hazırlanmasını tələb edib. “Amnesty International” (Beynəlxalq Amnistiya Təşkilatı) xəbərdarlıq edib ki, məhbuslarla rəftar işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar səviyyəsinə çata bilər. Sənəddə bu hallar müxalifət nümayəndələrini, jurnalistləri, hüquq müdafiəçilərini, fəalları və akademikləri hədəf alan daha genişmiqyaslı repressiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Qətnaməyə əsasən, Azərbaycanda erməni məhbuslar da daxil olmaqla, 300-dən çox siyasi məhbus var. #AP #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

Views over time

01K2K3K9 Oct 17:3413 Nov 15:492.4K9 Oct 17:34: 0 views13 Nov 15:49: 2,390 views
Snapshots we took after posting.
WhenViews
9 Oct 2026, 17:340
13 Nov 2026, 15:492.4K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.