𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.2%2.5K avg views
Posting 79.4/day last 4 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️MSTİM və Serbiyanın Hərbi-Texniki İnstitutu arasında görüş keçirilib Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin (MSTİM) İdarə Heyətinin sədri Orxan Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyanın Belqrad şəhərində Hərbi-Texniki İnstitutun (Military Technical Institute – MTI) nümayəndələri ilə görüş keçirib. Görüş çərçivəsində MTI-nin hüquqi strukturu və fəaliyyət istiqamətləri barədə geniş məlumat əldə olunub. Həmçinin institutun laboratoriyaları və sınaq mərkəzləri ilə ətraflı tanışlıq keçirilib. Tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri və birgə fəaliyyət imkanları, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edək ki, MTI Serbiyanın Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi elmi-tədqiqat müəssisəsidir. 1948-ci ildə Belqradda yaradılan institut müdafiə və aerokosmik sahələrdə tədqiqat və inkişaf fəaliyyəti həyata keçirir, yeni silah sistemlərinin hazırlanması, eləcə də mövcud hərbi texnikanın modernləşdirilməsi istiqamətində fəaliyyət göstərir. #Serbiya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K9 Oct 12:3913 Nov 15:492.3K9 Oct 12:39: 0 views13 Nov 15:49: 2,320 views
Snapshots we took after posting.
WhenViews
9 Oct 2026, 12:390
13 Nov 2026, 15:492.3K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.