☄️Maduro “işgəncə”də ittiham olunub ABŞ rəsmiləri cümə axşamı yayımlanan yeni ittihamnamədə Venesuelanın keçmiş prezidenti Nikolas Maduronu işgəncə vermək və digər cinayətləri törətməkdə ittiham ediblər. ABŞ rəsmiləri daha əvvəl də Venesuelanın “oğurlanmış prezidenti”ni “narkotik qaçaqmalçılığı” ilə bağlı cinayətlərdə ittiham etmişdilər. Maduro və həyat yoldaşı Seliya Flores yanvarın əvvəlindən Nyu-Yorkdakı həbsxanalardan birində saxlanılır. Həmin vaxt ABŞ qüvvələri gecə əməliyyatı zamanı onları Karakasdakı evlərindən oğurlayıb aparmışdı. #ABŞ #Venesuela Abunə olun 🟢 Ar-Rad İnfo