𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.2%2.5K avg views
Posting 79.2/day last 24 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍

☄️🇦🇿🇹🇷🇾🇪 Səfir: Azərbaycan və Türkiyə Yəmən üçün vacib və etibarlı tərəfdaşlardır Səudiyyə dəstəkli Yəmən hökuməti Azərbaycanla mədəniyyət, təhsil, səhiyyə və ticarət də daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsini vacib hesab edir. Yəmənin Azərbaycan və Türkiyədəki səfiri (iqamətgahı Ankarada olan) Turiq bunu "Report"a verdiyi müsahibədə bildirib. O bildirib ki, Ədən tələbə mübadiləsində, xüsusən də müxtəlif təqaüd proqramları vasitəsilə Yəmənli tələbələrin Azərbaycandakı təhsilində, eləcə də dövlət işçilərinin müxtəlif kurslarda iştirakında maraqlıdır. Diplomat həmçinin Bakı ilə əməkdaşlığın, xüsusən də neft və qaz kəşfiyyatı, balıqçılıq və dənizçilik sahələrində inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, Yəməndə əhəmiyyətli qızıl ehtiyatları və neft-qaz yataqları var. Lakin Turiqə görə, Yəməndə davam edən hərbi vəziyyət və qeyri-sabitlik iki ölkənin müvafiq qurumlarının nazirləri arasında planlaşdırılan qarşılıqlı səfərlərin müvəqqəti olaraq təxirə salınmasına səbəb olub. Ölkədəki vəziyyətin deeskalasiyası ilə bağlı səfir beynəlxalq ictimaiyyətin, eləcə də dost ölkələrin dəstəyinə ehtiyac olduğunu vurğulayıb. "Ümid edirik ki, dünya Yəmən xalqının üzləşdiyi ağır çətinliklərə biganə qalmayacaq. Qardaş ölkələr olan Azərbaycan və Türkiyə dövlətimizin vacib və etibarlı tərəfdaşları olduğundan, yaxın gələcəkdə Yəmənin yenidənqurma prosesində onlarla əməkdaşlıq etmək bizim üçün böyük şərəf olardı", - deyə o, sözünə yekun vurub #Azərbaycan #Türkiyə #Yəmən Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K3K8 Oct 05:2013 Nov 15:492.4K8 Oct 05:20: 0 views13 Nov 15:49: 2,350 views
Snapshots we took after posting.
WhenViews
8 Oct 2026, 05:200
13 Nov 2026, 15:492.4K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.