☄️🇪🇺 Avropa Parlamentində "Narıncı Vəba" adlı Tramp heykəlinin açılışı olub. Strasburqdakı Avropa Parlamentinin binasında ABŞ prezidenti Trampın tamamilə çılpaq və qısa boylu bir kişinin çiyinlərində oturduğunu təsvir edən qızıl heykəl açılıb. "Narıncı Vəba" adlı 2,5 metr hündürlüyündə olan instalyasiya danimarkalı heykəltəraş Jens Qulşiot tərəfindən yaradılıb və 23 karatlıq qızıl yarpaqla örtülüb. Tramp bir əlində qolf çubuğu, yanında qlobus formalı top, digər əlində isə tərəzi tutur. Heykəlin altlığına "Ədalətsizlik Kralı"na aid edilən satirik and həkk olunub: "Mən bir kişinin belində otururam. O, mənim yüküm altında boğulur. Ona kömək etmək üçün hər şeyi edəcəyəm. Onun belindən düşməkdən başqa." Siyasi cəhətdən yüklü heykəlləri ilə tanınan Qalşiot əsəri ABŞ-ın ətraf mühit və xarici siyasətinin qeyri-sabitliyinə qarşı "satirik etiraz" kimi təqdim edib. #ABŞ #Avropa_ittifaqı Abunə olun 🟢 Ar-Rad İnfo