☄️ Britaniya xüsusi təyinatlıları Almaniya sualtı qayığından istifadə etməklə gizli şəkildə əraziyə yeridilmə təlimi keçiriblər. Bu təlim son 15 ildə keçirilən ən böyük, Əfqanıstan müharibəsindən sonra isə Britaniya Kral Dəniz Piyadalarının Xüsusi Təyinatlı Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə təşkil olunan ilk belə təlimdir. Təlimlərə Britaniya, Niderland, Kanada, Almaniya, Norveç və ABŞ-dan 2 000-dən çox hərbçi cəlb olunub. Təlimlərin məqsədi müttəfiq qüvvələrin Uzaq Şimal və Şimali Atlantika regionlarında yarana biləcək böhran vəziyyətlərinə birgə reaksiya vermək bacarığını təkmilləşdirməkdir. #NATO Abunə olun 🟢 Ar-Rad İnfo