☄️ Putin və Ərdoğan arasında telefon danışığı olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefonla danışaraq ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasında bildirilib: “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Danışıq zamanı Türkiyə–Rusiya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.” Ərdoğan telefon danışığı zamanı Putini doğum günü münasibətilə, həmçinin onun partiyasını Duma seçkilərində qazandığı uğura görə təbrik edib. #Rusiya #Türkiyə Abunə olun 🟢 Ar-Rad İnfo