𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.2%2.5K avg views
Posting 79.3/day last 7 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍

☄️Lando İsraili daxildən silkələyir: Haredilərin ruhani lideri sionizmi tənqid edir, ərəb və BMT idarəçiliyinə üstünlük verir, ərəblərin yəhudilərə nifrətinə görə sionizmi məsul tutur Qərb haredilərinin ruhani lideri olan ravvinin sionizmi tənqid etdiyi videoyazı İsraildə siyasi qalmaqala səbəb olub. İsrailin “12-ci kanal”ının yayımladığı və bir qrup ravvinlə qapalı görüş zamanı çəkilmiş videoda 96 yaşlı Lando orduda xidmət edən dindar əsgərləri tənqid edib. O, İsrailin yaradılmasının əsaslarını da şübhə altına alaraq bildirib ki, yəhudilər üçün BMT-nin və ya ərəblərin idarəçiliyi daha yaxşı olardı. Lando çıxışında daha da irəli gedərək ərəblərin yəhudilərə qarşı düşmən münasibətinə görə sionist hərəkatını məsul tutub. O bildirib ki, bu hərəkat yəhudi xalqının başına maddi fəlakətlər gətirib. Landonun açıqlamaları İsraildə sərt reaksiyalara səbəb olub. Xüsusilə də ona görə ki, o, partiyaları Benyamin Netanyahu hökumətini formalaşdıran hazırkı koalisiyada təmsil olunan Qərb haredi cərəyanının ən nüfuzlu ruhani liderlərindən biridir. Açıqlamalar “sionizm əleyhdarlığının ən saf forması” kimi qiymətləndirilib. Naftali Bennett isə bu fikirləri “rüsvayçılıq və qalmaqal” adlandırıb. Yair Lapid və Aviqdor Liberman Landonu əsgərlərin fədakarlığını təhqir etməkdə ittiham edərək onun İsrail hökumətinin bir hissəsi olmamalı olduğunu bildiriblər. Bu mübahisə İsraildə haredi cərəyanının dövlət və ordu ilə münasibətləri, eləcə də hərbi xidmət məsələsi ətrafında getdikcə dərinləşən parçalanmanı yenidən gündəmə gətirib. Dindarların böyük bir hissəsi hərbi xidmətdən imtina etdiyi halda, dini sionizm tərəfdarları orduda xidməti dövlət qarşısında vəzifələrinin bir hissəsi hesab edirlər. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K7 Oct 03:1013 Nov 15:492.2K7 Oct 03:10: 0 views13 Nov 15:49: 2,250 views
Snapshots we took after posting.
WhenViews
7 Oct 2026, 03:100
13 Nov 2026, 15:492.2K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.