⚡️Bakıda Azərbaycan–Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək. İclasda ticarət və iqtisadiyyat, energetika, səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizlik, ərzaq təhlükəsizliyi, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın müzakirə olunacağı, həmçinin müvafiq sənədlərin imzalanacağı gözlənilir. Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentinin dövlət naziri Anas Sarvardır. #BöyükBritaniya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA