𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.7K −100 24h
Reach per post (ERR) 10.2%2.5K avg views
Posting 79.3/day last 16 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Böyük Britaniyanın müdafiə naziri “AnewZ”ə: Azərbaycanın bilik və təcrübəsinə ehtiyacımız var — Müdafiə diplomatiyası bugünkü beynəlxalq təhlükəsizlik mühitində hansı rol oynayır? Əlbəttə, düşünürəm ki, indicə qaldırdığınız məsələ həqiqətən çox vacibdir. Şübhəsiz, hansı növ texnikaya malik olmağınız, daha çox pilotsuz uçuş aparatınızın olub-olmaması və ya hansı növ dronlara sahib olmağınız əhəmiyyət daşıyır. Təbii ki, malik olduğunuz texnikanın növləri də dəyişir. Digər təhdidlərə qarşı mübarizə aparmaq üçün başqa növ texnikanın sayının nə qədər olması da əhəmiyyətlidir. Lakin texnika, təyyarələr, əsgərlər, tanklar və bütün bunlarla yanaşı, insanların bir araya gəlməsi, mövcud olan bəzi çağırışları, fikir ayrılıqlarını və problemləri anlaması da son dərəcə vacibdir. Bəzən ölkələrin bir-biri ilə danışması və məsələləri müzakirə etməsi vasitəsilə həmin problemləri həll etmək mümkündür. Böyük Britaniyaya nəzər salsanız, biz Azərbaycanla dostluğumuza dəyər veririk. Azərbaycan bu regionda həqiqətən çox mühüm ölkədir. Azərbaycanın region barədə elə bir anlayışı var ki, bizim bundan öyrənməyimiz lazımdır. Buna görə də, əlbəttə, biz Azərbaycana kömək və dəstək göstərə, onunla əməkdaşlıq edə bilərik, lakin həmin təhdidlərin öhdəsindən gəlmək üçün Azərbaycanın biliyinə, təcrübəsinə və anlayışına da ehtiyacımız var. Müdafiə diplomatiyası məhz bunu edir. O, ölkələrə bir-biri ilə danışmaq, məsələləri qarşılıqlı şəkildə müzakirə etmək və ümid edirik ki, münaqişəyə əl atmaq əvəzinə məsələləri və ya problemləri həll etmək imkanı yaradır. Düşünürəm ki, müdafiə diplomatiyası haqqında bəzən olduğundan daha çox danışılmalıdır. Biz çox vaxt bunu “yumşaq güc” adlandırırıq. Mən isə bunu “mühüm güc” adlandırıram. #BöyükBritaniya #Azərbaycan Abunə olun Ar-Rad GA

Views over time

01K2K5 Oct 06:2413 Nov 15:492.1K5 Oct 06:24: 0 views13 Nov 15:49: 2,080 views
Snapshots we took after posting.
WhenViews
5 Oct 2026, 06:240
13 Nov 2026, 15:492.1K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.