𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.7K −100 24h
Reach per post (ERR) 10.2%2.5K avg views
Posting 79.3/day last 44 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍
edited

☄️Bu gün Seyid Haşim Səfiəddinin şəhadətinin ildönümüdür. O, fədakar, Hizbullahın bütün fəaliyyət istiqamətlərində çox təsirli rol oynayan, lakin tanınmağa və ön planda olmağa meyil göstərməyən bir şəxsiyyət idi. O, Hizbullahın baş katibi vəzifəsini ən qısa, eyni zamanda olduqca təsirli müddətdə icra etmişdi. Söhbət cəmi 6 gündən gedir. Onun varlığı belə müqavimət tərəfdarlarına və Hizbullah döyüşçülərinə ruh yüksəkliyi və güvən verirdi. Lakin məsələ bununla məhdudlaşmırdı. Seyid Haşim həmin 6 gün ərzində, hətta ondan əvvəl də müxtəlif şəxslərlə geniş əlaqələr qurmuş, Şeyx Nəbil Qavukun yerinə informasiya təhlükəsizliyi sahəsində bir sıra tədbirlər həyata keçirmişdi. Bundan əlavə, Şeyx Nəimlə əməkdaşlıq çərçivəsində hərbi və təhlükəsizlik sahələrində görülən müxtəlif tədbir və proqramlarda iştirak edərək Hizbullahın strukturunun bərpasına və qorunub saxlanmasına töhfə vermişdi. Ola bilsin ki, Seyidin meydanda bu cür cəsarətlə fəaliyyət göstərməsi onun yerinin müəyyən edilməsinə səbəb oldu. Nəticədə həmin gecə onun olduğu əraziyə 73 ton bunkerdələn bomba atıldı. Seyid Həsənlə bağlı olduğu kimi, bu bombardman da onun ölümünə birbaşa səbəb olmayıb. İsrail qüvvələrinin təcili tibbi yardım maşınlarının və xilasedici qrupların hadisə yerinə yaxınlaşmasına mane olması nəticəsində oksigen çatışmazlığı yaranıb və o, şəhadətə çatıb. #Hizbullah #Livan #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K4 Oct 10:3513 Nov 15:492.1K4 Oct 10:35: 0 views13 Nov 15:49: 2,100 views
Snapshots we took after posting.
WhenViews
4 Oct 2026, 10:350
13 Nov 2026, 15:492.1K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.