☄️🇮🇷🇮🇶🤩 İraq müqaviməti ABŞ qoşunlarının çıxarılmasını yarımçıq adlandırır və tərksilahı rədd edir İraq müqavimət qrupları Vaşinqtonun təzyiqi altında irəli sürülən hər hansı tərksilah tələbini rədd edərək, Amerika qoşunlarının çıxarılmasını "yarımçıq" adlandırdılar. Hərəkat nümayəndələri bildiriblər ki, ölkədə Amerikanın təsiri qaldığı və milli hava hücumundan müdafiə sistemi tam gücləndirilmədiyi müddətcə müqavimət silahları İraqın təhlükəsizlik sisteminin bir hissəsi olaraq qalacaq. Nucəba hərəkatının rəhbərliyindəki mənbə bildirib ki, Koordinasiya Çərçivəsi tərəfindən yaradılan dördtərəfli komitə ilə şiə fraksiyaları arasında məsləhətləşmələr yekun razılaşma ilə nəticələnməyib. Onun sözlərinə görə, İraq hökumətinə təqdim edilən sənəddə hərəkatın tərksilahı ilə bağlı açıq bənd yoxdur. "Amerika qoşunlarının çıxarılması bu dosyenin bağlanması demək deyil, çünki ABŞ-ın təsiri İraqın maliyyə aktivləri, iqtisadiyyatı və siyasi qərarları da daxil olmaqla digər sahələrdə qalır." "Tərsilah cəhdləri birbaşa ABŞ-ın təzyiqi və regional şəraitlə bağlıdır", - deyə mənbə vurğulayıb. Öz növbəsində, Kətaib Hizbullah hökumətlə danışıqların davam etdiyini qeyd edib. Qrupun baş katibi Əbu Hüseyn əl-Humeydavi, dövlət hava hücumundan müdafiə sistemi tam qurulana qədər "düşmən aviasiyasına" qarşı mübarizə istisna olmaqla, döyüş əməliyyatlarının dayandırıldığını elan etdi. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo