☄️Briqada generalı Yəhya Səri: Səudiyyə qırıcıları son 24 saat ərzində 60 raket atışı və hava zərbəsi həyata keçirərək Səna, Səada, Təiz, Həccə və Mə’rib vilayətlərindəki mülki əraziləri hədəfə alıb. Bu hücumlar Xamis Müşayt və Taif bazalarından havaya qalxan “F-15” və “Typhoon” qırıcıları tərəfindən həyata keçirilib. Raket zərbələri isə Nəcrandan endirilib. Beləliklə, Səudiyyə koalisiyasının gərginliyin başlanmasından bu yana həyata keçirdiyi ümumi hava və raket hücumlarının sayı 1410-a çatıb. #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo