☄️ İran Kəşfiyyat Nazirliyi: 4 təxribat şəbəkəsi zərərsizləşdirilib, 31 nəfər saxlanılıb İranın Kəşfiyyat Nazirliyi Kirman vilayətinin Sircan şəhərində küçə iğtişaşları və təxribat fəaliyyətləri ilə əlaqəli olduğu bildirilən 4 mütəşəkkil şəbəkənin üzvlərinin saxlanıldığını açıqlayıb. Nazirliyin məlumatına görə, vətəndaşlardan daxil olan məlumatlar və kəşfiyyat orqanlarının apardığı araşdırmalar nəticəsində ümumilikdə 31 nəfər müəyyən edilərək həbs olunub. İran tərəfi saxlanılan şəxsləri ABŞ və İsraillə əlaqəli olmaqda ittiham edir. Açıqlamada bildirilir ki, həmin şəxslər yeniyetmə və gənclərin diqqətini cəlb edən müxtəlif adlar altında yaradılmış şəbəkələrdə təşkilatlanıblar. İddiaya görə, qrupların üzvləri arasında konkret vəzifə bölgüsü aparılıb və ümummilli çağırışlar zamanı fəal iştirak üçün əvvəlcədən planlar hazırlanıb. Nazirlik həmçinin saxlanılan şəxslərin çoxlu sayda “Molotov kokteyli” hazırladığını, şəhər müşahidə kameralarını sıradan çıxarmaq üçün vasitələr əldə etdiyini və küçələrdə iğtişaş və təxribat törətməyə hazırlaşdığını bildirib. Rəsmi açıqlamada həmin şəxslərin İranda baş verən sonuncu iğtişaşlar hadisələrində də iştirak etdiyi iddia olunur. Nazirliyin məlumatına görə, həmin dövrdə yerli icra hakimiyyəti binasının yandırılması, bank və dövlət idarələrinin, ictimai və şəxsi əmlakın, şəhər kameralarının və müxtəlif binaların dağıdılması, eləcə də silah ələ keçirmək məqsədilə polis məntəqəsinə hücum kimi əməllər törədilib. İran Kəşfiyyat Nazirliyi həmin hadisələri “çevriliş cəhdi” kimi xarakterizə edib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo