🔠Azərbaycan və Türkiyənin müdafiə nazirləri ADEX 2026 sərgisini ziyarət ediblər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi olan ADEX 2026-nı ziyarət etdilər. Qonaqlara əvvəlcə Bakı Ekspo Mərkəzində keçirilən sərgi haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, ADEX 2026 sərgisi həmçinin 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi olan Securex Caspian-a ev sahibliyi edir. Müdafiə nazirləri sərgidə nümayiş olunan aviasiya və pilotsuz sistemlərə, aerokosmik texnologiyalara, kibertəhlükəsizlik və müdafiə sistemlərinə və digər ixtisaslaşmış hərbi texnologiyalara baxış keçirdilər. Abunə olun 🌐 Hərbi Məlumat