☄️ Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçdiyini və daha sonra saxlanıldığını açıqlayıb. Sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan hərbi hissələrindən birinin hərbçisinin naməlum şəraitdə xidmət yerini tərk etməsi barədə məlumat verib. Məlumata əsasən, həmin hərbçinin Ermənistan Respublikasının sərhədini qanunsuz keçməsi istisna edilməyib. Bundan sonra Azərbaycan və Ermənistanın aidiyyəti qurumları tərəfindən axtarış tədbirləri həyata keçirilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirir ki, oktyabrın 1-də saat 14:15-də Ermənistan Daxili İşlər Nazirliyinin 112 operativ idarəetmə mərkəzinə Sünik vilayətinin Şaki yaşayış məntəqəsində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə məlumat daxil olub. Hadisə yerinə Ermənistan Daxili İşlər Nazirliyinin müxtəlif polis bölmələrinin operativ qrupları göndərilib. Ermənistan tərəfinin məlumatına görə, aparılan tədbirlər nəticəsində atəş açan şəxsin Azərbaycan hərbçisi olduğu müəyyənləşdirilib və o saxlanılıb. Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı təfərrüatlar Azərbaycan tərəfinə də təqdim edilib. Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb. Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında hadisənin digər detalları barədə məlumat verilməyib. #Ermənistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad İnfo
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.7K
−100 24h
Reach per post (ERR)
10.2%2.5K avg views
Posting
79.2/day
last 3 hours ago
Reactions per 1K views
62.2
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 1 Oct 2026, 13:05 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.1K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.