☄️🇦🇿🇦🇪 Müdafiə naziri general-polkovnik Zakir Həsənov 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) iştirak etmək üçün Azərbaycana səfər edən Müdafiə İşləri üzrə Dövlət Naziri və BƏƏ Nazirlər Kabinetinin üzvü Məhəmməd bin Mubarək Fəzl Əl-Məzrui ilə görüşüb. Zakir Həsənov son illərdə Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişafında müsbət dinamikanı qeyd edib. Beynəlxalq sərginin təşkilinə görə həmkarına təşəkkür edən Məzrui, Azərbaycana səfəri və tədbirdə iştirakı ilə bağlı xoş təəssüratlarını ifadə edərək, qarşılıqlı səfərlərin və görüşlərin səmərəliliyini, eləcə də təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Görüş zamanı tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, birgə təlimlər, müdafiə və təhlükəsizlik məsələləri üzrə dövlətlərarası dialoqun əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. #Azərbaycan #BƏƏ Abunə olun 🟢 Ar-Rad İnfo