🔠İsrail Ərdoğana qarşı Beynəlxalq Cinayət Məhkəməsində iş hazırlayır i24NEWS mənbələrə istinadən xəbər verir ki, İsrailin Baş naziri Netanyahu Türkiyə Prezidenti Ərdoğana qarşı Beynəlxalq Cinayət Məhkəməsində iş üçün hüquqi materialların hazırlanmasını əmr edib. Kanalın məlumatına görə, diqqət Türkiyədəki kürd əhalisinin vəziyyətinə yönələ bilər. Materiallara Türkiyə hökumətinin HƏMAS-ı maliyyələşdirməsi məsələsi də daxil edilməsi planlaşdırılır. Eyni zamanda, i24NEWS-un qeyd etdiyi kimi, İsrail işin hazırlanmasından diplomatik təsir vasitəsi kimi istifadə edə və rəsmi olaraq təqdim etməkdən yayına bilər. Bu qərar Ərdoğanın Netanyahunun işi ilə bağlı İnterpola sorğu göndərəcəyini açıqlaması fonunda verilib. ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin