𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.7K −100 24h
Reach per post (ERR) 10.2%2.5K avg views
Posting 79.5/day last 12 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Azərbaycan Araşdırma Mərkəzi

Azərbaycanda məktəbli geyim forması ilə bağlı qəbul edilən yeni qaydalar ciddi suallar doğurur. Qaydalarda məktəb formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmədiyi bildirilir. Hicabın adı birbaşa çəkilməsə də, bu müddəanın məktəblərdə hicab taxan şagirdlərə tətbiq ediləcəyi bildirilir. Burada əsas sual budur: dünyəvilik prinsipi niyə konkret olaraq şagirdin dini inancını ifadə edən geyiminə müdaxilə vasitəsinə çevrilməlidir? Əgər məqsəd həqiqətən məktəb formasının vahidliyini qorumaqdırsa, onda dini simvollar və geyim elementləri məsələsində bütün dini icmalara münasibətdə eyni hüquqi meyar tətbiq olunmalıdır. Dövlət məktəbində bir dini mənsubiyyətin görünən simvolu problem hesab edilirsə, digər dini simvollara da eyni prinsip tətbiq edilməlidir. Azərbaycanda yəhudi icmasının dini və mədəni həyatına, o cümlədən yəhudi təhsilinin fəaliyyətinə şərait yaradılması isə ayrıca diqqət tələb edən məsələdir. Yəhudi uşaqların dini-mədəni kimliyinin ifadəsi ilə bağlı hansı konkret qaydaların tətbiq edildiyi açıq və rəsmi şəkildə izah edilməlidir. Xüsusilə də kipa kimi dini simvolların məktəblərdə istifadəsi ilə bağlı hüquqi vəziyyət ictimaiyyət üçün aydınlaşdırılmalıdır. Əgər hicab məktəb formasına zidd hesab edilirsə, bunun hüquqi əsaslandırılması açıq şəkildə təqdim edilməlidir. Əgər başqa dini simvollar üçün fərqli yanaşma mövcuddursa, bunun səbəbi də ictimaiyyətə izah olunmalıdır. Dövlətin dünyəviliyi vətəndaşların dini etiqadını sıxışdırmaqla deyil, bütün dini inanclara münasibətdə bərabər və ayrı-seçkisiz hüquqi yanaşma ilə təmin olunmalıdır. Məsələ yalnız bir geyim parçasından ibarət deyil. Söhbət dövlətin vətəndaşın dini inancına münasibətindən, hüquqi bərabərlikdən və eyni qaydaların hamıya tətbiq edilməsindən gedir. Bütün bunlar göstərir ki, Azərbaycanda biz dindarlar üçün 2 seçim qoyulub; ya zilləti qəbul edərək göz yumub yaşamaq, ya da hüquqlarımızın təmini üçün hakimiyyətə gəlmək. Azərbaycan Araşdırma Mərkəzi

Views over time

01K2K28 Sep 13:4213 Nov 15:492.3K28 Sep 13:42: 0 views13 Nov 15:49: 2,260 views
Snapshots we took after posting.
WhenViews
28 Sep 2026, 13:420
13 Nov 2026, 15:492.3K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.