3- Orientalizm: Şərqin Qərbin gözü ilə oxunması Bu problemin nəzəri izahında Edvard Səidin “Orientalizm” əsərinin xüsusi yeri var. Səidin müzakirə etdiyi əsas məsələlərdən biri Şərqin Qərb diskursunda necə qurulması və bu bilik istehsalının hakimiyyət münasibətləri ilə necə əlaqələnməsidir. Orientalizm yalnız “Qərbdə Şərqi öyrənən elm” məsələsi deyil. Problem Şərqin hansı anlayışlarla təsvir edilməsi, onun haqqında hansı obrazların yaradılması və bu obrazların hansı siyasi-mədəni münasibətləri legitimləşdirməsidir. Lakin məsələ bundan da təhlükəli mərhələyə keçə bilər: bir müddətdən sonra Şərq insanı özünə Qərbin gözü ilə baxmağa başlayır. Artıq onu təhqir etmək üçün müstəmləkə məmuruna ehtiyac yoxdur; o özü öz xalqını təhqir edir: “Bizdən millət olar?”, “Biz kimik?” Sonra heyranlıqla sadalayır: alman, amerikalı, fransız, ingilis, rus... Özünü kiçiltmək və başqasını avtomatik böyütmək onun dünyagörüşünün bir hissəsinə çevrilir. Sən ona yüz arqument gətirsən də, məsələni sadəcə faktlarla həll etmək çətinləşir. Çünki artıq söhbət konkret məlumatdan deyil, insanın özünü necə gördüyündən gedir. Onun gözündə öz xalqı qaba, geridəqalmış və mədəniyyətsizdir; “ağa” isə inkişaf etmiş, ağıllı və mədənidir. Əsarətin ən uğurlu forması budur: qul ağanın qamçısını öz beyninin içinə yerləşdirir. Artıq ağa onu hər gün döyməli deyil; qul ağanın işini özü görür. Ardı var... Orxan Məmmədov
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.7K
−100 24h
Reach per post (ERR)
10.2%2.5K avg views
Posting
79.6/day
last 3 minutes ago
Reactions per 1K views
62.2
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 26 Sep 2026, 14:08 | 0 |
| 13 Nov 2026, 15:49 | 1.9K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.