☄️Kanadanın ABŞ-ın mümkün hərbi hücumu ssenarisinə hazırlığı. Kanadanın Baş naziri Mark Karni bildirib ki, Donald Trampın Kanadanı “ABŞ-ın 51-ci ştatına” çevirmək barədə dəfələrlə səsləndirdiyi fikirlərdən sonra ABŞ-ın mümkün hərbi hücumuna hazırlaşmaq üçün müəyyən tədbirlər görüb. Kanada Liberal Partiyasının lideri Karni bu sözləri çərşənbə günü “New York Times” qəzetinə müsahibəsi zamanı, Manhettendə BMT Baş Assambleyasının iclasında iştirakı çərçivəsində deyib. “New York Times”ın yazdığına görə, Karniyə Trampın Kanadanın “ABŞ-ın 51-ci ştatına” çevrilməsi ilə bağlı iddialarını ciddi qəbul edib-etmədiyi soruşulduqda, o, ABŞ-ın mümkün hərbi hücumunu diqqətlə və hərtərəfli nəzərdən keçirdiyinə dolayı şəkildə işarə edib. Lakin daha ətraflı məlumat verməkdən imtina edib. #ABŞ #Kanada Abunə olun 🟢 Ar-Rad İnfo