☄️Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri: Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri son 24 saat ərzində Xamis Müşayt və Ət-Taif bazalarından havaya qalxan “F-15” və “Tayfun” qırıcılarından istifadə etməklə 52 hava və raket hücumu həyata keçirib. Raket hücumları Cizan istiqamətindən də həyata keçirilib. Bu hücumlar Əl-Hüdeydə, Təiz, Əl-Beyda, Mə’rib və Səada vilayətlərini hədəfə alıb. Hücumlar nəticəsində aralarında qadın və uşaqların da olduğu bir sıra şəxslər ölüb və yaralanıb. Həmçinin rabitə şəbəkələri, məktəblər, körpülər və yollar da daxil olmaqla, mülki obyektlər dağıdılıb. Yəhya Sərinin sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmənə qarşı gərginliyi artırmağa başladığı vaxtdan bəri həyata keçirdiyi ümumi hava və raket hücumlarının sayı 988-ə çatıb. #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo