𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.7K −100 24h
Reach per post (ERR) 10.1%2.5K avg views
Posting 79.7/day last 19 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍
repost from MBH Media

Hacı Abgül Süleymanov saxlanılıb İlahiyyatçı Hacı Abgül Süleymanovun saxlanıldığı bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. ilahiyyatçınən hansı idarə tərəfindən saxlanıldığı məlum deyil. Qeyd edək ki, ötən gün Baş Nazir tərəfindən qəbul edilən qərarla orta məktəblərdə geyim standartları müəyyənləşdirilib. Qərara əsasən, təhsilalanlar üçün müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Qərarın ictimaiyyətə açıqlanmasından sonra inanclı şəxslər arasında narahatlıq yaranıb. Hacı Abgül Süleymanov da öz sosial media hesabında qərarla bağlı paylaşım edərək onun hicabın qadağan edilməsinə yönəldiyini bildirib və buna etirazını ifadə edib. İlahiyyatçının saxlanılmasının məhz bu paylaşımın ardından baş verdiyi bildirilir. Hazırda onun saxlanılmasının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. Hacı Abgül Süleymanov daha əvvəl də hicab məsələsi ilə bağlı mövqeyi və çıxışları ilə tanınıb; o, 2011-ci ildə həbs olunmuş və 2022-ci ildə 11 illik həbs müddətini başa vuraraq azadlığa çıxmışdı. ➡️MBH Media

Views over time

01K2K3K23 Sep 10:0913 Nov 15:492.4K23 Sep 10:09: 0 views13 Nov 15:49: 2,430 views
Snapshots we took after posting.
WhenViews
23 Sep 2026, 10:090
13 Nov 2026, 15:492.4K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.